Ssenari müəllifi ən yaddaqalan hadisəni isə bölümün son dəqiqələri üçün hazırlayıb. Bu, Cihanın Albora meydanında özünə toy təşkil etdiyi gün yaşanacaq hadisələrdir. Baş verənlərdən yorulan Alya toy günü oğlu Denizlə birlikdə xaricə qaçacaq. Onun Cihanla son telefon söhbətində bağışlanmasını istəməsi, Cihanın isə “bu dəfə səni bağışlamayacağam, Alya” cavabı finala damğa vuracaq səhnələrdən biri kimi yadda qalacaq.Sezon finalı bölümü iyunun 1-də yayımlanacaq. Qeyd edək ki, serialın baş rollarını Ozan Akbaba və Sinem Ünsal canlandırır. Bundan başqa, layihədə Alper Cankaya, Sahra Şaş, Qonca Cilasun, Burç Kümbetlioğlu, Ferit Kaya və başqa aktyorlar yer alır. 





