Demokrat.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
Regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm qərarların qəbul edildiyi iclasda ötən illər ərzində həyata keçirilmiş antiterror tədbirlərinin yekunları ətraflı təhlil edilib, atılacaq konkret addımlar müəyyənləşdirilib. Bununla yanaşı, iclas iştirakçıları transmilli terrorçuluq və dini radikalizmə qarşı birgə mübarizənin aparılması üçün yeni əməkdaşlıq formatları barədə də razılığa gəliblər.
Texnologiyaların sürətli inkişafını xüsusi diqqətdə saxlayan şura üzvləri MDB ölkələrinin təhlükəsizlik orqanlarının fəaliyyətində süni intellektdən istifadəyə dair tövsiyələri əks etdirən konseptual sənədi məqbul hesab ediblər. Müvafiq sənədin icrasının sözügedən strukturların elmi potensialını və əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırmağa şərait yaradacağı vurğulanıb.
Tədbirdə DTX-nin rəisi Əli Nağıyev son dövrlərdə beynəlxalq sabitliyə, nəqliyyat və kommunikasiya xəttlərinin təhlükəsizliyinə yaranmış çoxsaylı təhdidlər, eləcə də terrorçuluğun yeni təzahürləri və Azərbaycanda müvafiq sahədə görülən işlər barədə geniş məruzə ilə çıxış edib. Mürəkkəb geosiyasi vəziyyətin regiondakı əməliyyat şəraitinə ciddi təsir göstərdiyini vurğulayan xidmət rəisi təhlükəsizlik sisteminə yönələn təhdidlərlə mübarizədə tərəfdaş qurumlar arasında məlumat mübadiləsi və qarşılıqlı əlaqənin xüsusi önəm daşıdığını, bu baxımdan birgə səylərin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
10Источники
-
editor.azƏli Nağıyev MDB-yə üzv dövlətlərin iclasında iştirak edib ( 29014564)
-
adalet.azƏli Nağıyev Rusiyada iclasda ( 29013877)
-
baki-xeber.comƏli Nağıyev MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib ( 29012773)
-
cebheinfo.azƏli Nağıyev Rusiyada iclasda - FOTO ( 29011819)
-
manset.azƏli Nağıyev Rusiyada iclasda iştirak etdi ( 29011741)
-
buta.tvƏli Nağıyev Rusiyada iclasda - Foto ( 29011294)
-
demokrat.azƏli Nağıyev İrkutskda MDB-nin iclasında iştirak edib ( 29011246)
-
sia.azMDB dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb ( 29011192)
-
Ajans.azƏli Nağıyev MDB-yə üzv dövlətlərin iclasında iştirak edib ( 29011168)
-
demokrat.azMDB dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb ( 29011150)