Ermənistanda və regionda baş verən geosiyasi proseslərlə bağlı yeni sənədli film hazırlanıb.
Musavat.com xəbər verir ki, “AnewZ” beynəlxalq televiziya kanalının hazırladığı ekran işində Bakı-İrəvan münasibətlərində son dövrdə müşahidə olunan dəyişikliklər, Rusiyanın Cənubi Qafqazdakı təsiri, Nikol Paşinyan hakimiyyətinə qarşı təzyiqlər və xarici müdaxilə iddiaları diqqət mərkəzində saxlanılıb.
Filmdə müxtəlif ekspertlərin, siyasi fəalların və prosesləri izləyən şəxslərin fikirlərinə yer verilib. Ekran işində Rusiyanın regiondakı maraqları, Ermənistan daxilindəki siyasi qarşıdurmalar və İrəvanda hakimiyyət ətrafında baş verən proseslər geniş şəkildə müzakirə olunur.
Sənədli filmdə həmçinin Ermənistanın daxili siyasi gündəmi, xarici təsir imkanları və regionda dəyişən güc balansı ilə bağlı müxtəlif versiyalar təqdim edilir. AnewZ-un hazırladığı layihə artıq sosial şəbəkələrdə və media platformalarında geniş müzakirələrə səbəb olub.
Musavat.com