RU

Günün ulduz falı: Mübahisəli mövzulardan uzaq durun!

Publika.az bu günün qoroskopunu təqdim edir:

Qoç
Bu gün diqqətiniz tamamilə ikili münasibətlərə, evlilik və ya ortaq biznes layihələrinə yönələcək. Qarşı tərəflə balans yaratmaq və onun fikirlərinə hörmətlə yanaşmaq vacibdir. Günün ikinci yarısında yaradıcı ideyalarınızı həyata keçirmək üçün daxili bir təkan hiss edə bilərsiniz. Mübahisəli mövzulardan uzaq durun.

Buğa
Gündəlik iş qrafikiniz, ofis mühitindəki nizam-intizam və bədən sağlamlığınız bu günün əsas mövzusudur. Yarımçıq qalmış rutin işləri tamamlamaq və ətrafınızı qaydaya salmaq üçün əla zamandır. Sağlamlığınıza, xüsusilə də qidalanma və yuxu rejimizə qarşı laqeyd yanaşmayın.

Əkizlər
Bu gün sizin üçün sevgi, əyləncə, hobbilər və yaradıcılıq günüdür. Özünüzü sərbəst ifadə edə biləcəyiniz mühitlərdə olmaq enerjinizi yüksəldəcək. Övladlarınız varsa, onlarla vaxt keçirmək və ya sevdiyiniz insanla romantik bir plan qurmaq üçün göy üzü sizi dəstəkləyir. Şans oyunlarında bəxtinizi sınaya bilərsiniz.

Xərçəng
Bu gün daxili dünyanıza çəkilmək, ailənizlə vaxt keçirmək və evinizdə rahatlıq yaratmaq istəyi üstünlük təşkil edəcək. Ev təmiri, dekorasiya dəyişiklikləri və ya ailə daxili köhnə məsələlərin müzakirəsi gündəmə gələ bilər. Keçmişin emosional yüklərindən azad olmaq üçün gözəl fürsətdir.

Избранный
81
publika.az

1Источники