RU

İrəvanda mühüm qərar – Paşinyan Konstitusiyanı dəyişməyə hazırlaşır

Ermənistanın baş naziri Nikol Paşinyan 7 iyun parlament seçkilərindən sonra ölkədə yeni Konstitusiyanın qəbul edilməsi prosesinə başlanacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, Paşinyan bu barədə seçkiqabağı çıxışı zamanı danışıb.

Baş nazir bildirib ki, Konstitusiya məsələsi 2020-ci ildən hakim “Vətəndaş Müqaviləsi” Partiyasının gündəmindədir və bu məsələ partiyanın seçki proqramına da daxil edilib.

Paşinyanın sözlərinə görə, parlament seçkilərindən sonra partiyası çoxluğu təmin edərsə, yeni Konstitusiyanın qəbul prosesi rəsmən başlayacaq.

Ermənistan lideri vurğulayıb ki, yeni Konstitusiyanın əsas məqsədi dövlət sisteminin institusionallaşdırılmasıdır. O əlavə edib ki, sənədin referendum yolu ilə qəbul edilməsi xalqla dövlət arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcək.

 

Musavat.com

Избранный
93
musavat.com

1Источники