İspaniya millisinin və "Atletik Bilbao"nun ulduz cinah oyunçusu Niko Uilyams yay transfer pəncərəsində klubunu dəyişməyə olduqca yaxındır.
Fanat.Az İspaniyanın məşhur "El Nacional" nəşrinə istinadən xəbər verir ki, futbolçunun 80 milyon avro qarşılığında transferi ilə bağlı danışıqlarda böyük irəliləyiş qeydə alınıb.
Avropanın bir çox nəhəng klublarının diqqət mərkəzində olan ispaniyalı vingerin Bilbao təmsilçisindəki karyerasına son qoyacağı gözlənilir. Hazırda bu transfer yarışında İngiltərə Premyer Liqasının nəhəngi "Liverpul" klubu əsas favorit statusunu daşıyır.
Cari mövsümdə ağır zədələrlə mübarizə aparmasına baxmayaraq, mersisaydlılar gənc ulduzun böyük potensialına güvənərək bu keçidi mütləq şəkildə tamamlamaq niyyətindədirlər.