Rusiyanın yüksək siyasi elitasına yaxın ailələrin Avropadakı aktivləri ətrafında yeni qalmaqal yaranıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko-nun ailəsi italiyalı araşdırmaçı jurnalist Massimiliano Koççanı məhkəməyə verib.
Bu barədə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, iddia təxminən bir il əvvəl İtaliyanın “Linkiesta” nəşrində dərc olunan araşdırma ilə bağlıdır. Həmin materialda Matviyenkonun ailəsi, xüsusilə oğlu Sergey Matviyenko-nun biznes maraqları və Avropa, o cümlədən İtaliya ilə əlaqələri barədə məlumatlar yer almışdı.
Massimiliano Koçça hesab edir ki, məhkəmə iddiası xaricdəki rus elitalarının fəaliyyətini araşdıran jurnalistlərə və araşdırmaçı mediaya təzyiq cəhdidir. Jurnalist bildirib ki, buna baxmayaraq, Avropada təsir imkanlarını və aktivlərini qoruyan Rusiya hakimiyyətinə yaxın şəxslərlə bağlı araşdırmaları davam etdirəcək.
Xatırladaq ki, üç il əvvəl Anti-Corruption FouRusiyanın müxalif Korrupsiya ilə Mübarizə Fondu ndation (FBK) Matviyenko ailəsinin İtaliyanın Pezaro şəhərində yerləşən villasını araşdırmış və əmlakın dəyərini təxminən 1 milyard rubl qiymətləndirmişdi. İtaliyanın “Linkiesta” nəşrinin məlumatına görə, Sergey Matviyenko və həyat yoldaşı Yuliya Matviyenko Pezaroda daimi yaşayırlar.
Araşdırmalarda bildirilir ki, villa 2009-cu ildə Valentina Matviyenko tərəfindən alınıb, daha sonra isə “Fondazione Dominanta” adlı ofşor fondun adına keçirilib. Jurnalistlərin iddiasına görə, ailə kapitalın saxlanması üçün əsas platformalardan biri kimi San Marino-nu seçib. Buna səbəb kimi ölkənin qanunvericiliyinin ləng yenilənməsi və bank sisteminin qapalı xarakter daşıması göstərilir.
Məqalədə qeyd olunur ki, son günlər San-Marino hakimiyyəti Matviyenko ailəsi ilə əlaqələndirilən fondlarla bağlı araşdırmaya başlayıb.
Musavat.com