ABŞ-nin İranla münaqişə zamanı sərf etdiyi müəyyən silahların ehtiyatlarını doldurmaq üçün bir neçə il tələb olunacaq.
"Report" xəbər verir ki, bu proqnoz Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatında yer alıb.
Sənədə əsasən, İrana qarşı zərbələrdə 1 000-dən çox "Tomahawk" raketindən istifadə edilib. Mütəxəssislər ehtiyatların münaqişədən əvvəlki bərpasının 2030-cu ilin sonuna və ya 2031-ci ilin əvvəlinə qədər çəkə biləcəyini təxmin edirlər.
Analitiklərin məlumatına görə, həmçinin 1 060-1 430 "Patriot" zenit-raket kompleksi istifadə olunub. THAAD raketdən müdafiə sistemləri üçün tutucuların doldurulması kimi onların da doldurulması 2029-cu ilin ortalarına qədər davam edə bilər.
Tədqiqatçılar qeyd edirlər ki, ABŞ hazırda İranla mümkün münaqişə ssenarilərinin əksəriyyəti üçün kifayət qədər sursata malikdir. Lakin onlar Asiya-Sakit Okean regionunda potensial münaqişə baş verəcəyi təqdirdə, Vaşinqtonun arsenalının tükənməsi səbəbindən zəifliklə üzləşə biləcəyini təxmin edirlər.