RU

Polşa və Britaniya Rusiyanı əsas təhlükə adlandırıb

BAKI, 28 may. TELEQRAF

Polşa və Böyük Britaniya hakimiyyətləri Rusiyanı təhlükəsizlik üçün ən ciddi və uzunmüddətli təhdid hesab etdiklərini bəyan ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Varşava və London arasında imzalanan sazişdə qeyd olunub.

Britaniya hökumətinin saytında dərc edilən sənədə əsasən, tərəflər təhlükəsizlik və müdafiə sahəsində sıx əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

Sənəddə Rusiya Federasiyası “təhlükəsizlik üçün ən mühüm uzunmüddətli təhdid” kimi xarakterizə olunub.

Qeyd edək ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski daha əvvəl RT-yə müsahibəsində Qərbin Moskva ilə birbaşa qarşıdurmaya yaxınlaşdığını bildirmişdi.

Избранный
105
teleqraf.com

1Источники