RU

Neqativ fikirləri dayandırmaq üçün üç sual

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Stresli və çətin dövrlərdə beynimizin daim ən pis ssenariləri düşünməsi olduqca geniş yayılmış bir haldır. Pensilvaniya Universitetinin Pozitiv Psixologiya Mərkəzinin direktoru Martin Seliqman onilliklər boyu apardığı araşdırmalar nəticəsində bu vəziyyətdən çıxmaq üçün üçlü bir model təklif edir: Daimilik, əhatəliilik və insanın vəziyyəti dəyişdirmə qabiliyyəti.

Milli.Az xəbər verir ki, bu modelə əsasən, beyninizi bədbinlikdən uzaqlaşdırmaq üçün özünüzə bu 3 sualı verməlisiniz:

Bu problem daimidir (qalıcıdır)?

İnsan beyni təkamül baxımından mənfi hadisələrə müsbətlərdən daha çox diqqət yetirir və onlardan daha gec qurtulur. Bu səbəbdən qarşılaşdığımız bir problem, reallıqda elə olmasa belə, bizə "heç vaxt bitməyəcəkmiş" kimi görünür.

"Bu vəziyyət mənə ancaq indiki andamı zərər verir, yoxsa uzun müddət davam edəcək?"

Praktik üsul (Yazıçı Erik Zimmerdən): "Bu məsələ məni 5 saat sonra, 5 gün sonra, yoxsa 5 həftə sonra da narahat edəcək?" Problemin keçici olduğunu bilmək və onu müəyyən bir zaman çərçivəsinə oturtmaq, insanın ona dözmək və həll etmək enerjisini artırır.

Bu problem bütün həyatıma təsir edir (əhatəlilik)?

Bəzən həyatın bir sahəsində edilən tək bir səhv və ya uğursuzluq, bütün həyatımıza aid ümumi mənfi nəticələr çıxarmağımıza səbəb olur (Məsələn: sevgilidən ayrılandan sonra "mən heç vaxt sevilməyəcəm" deyə düşünmək).

"Bu problem həqiqətənmi həyatımın hər sahəsinə təsir edir? Hansı sahələr bundan təsir görmədi?"

Problemin kontroldan çıxmaması üçün bir addım geriyə çəkilib böyük şəkilə baxmağa çalışın. Çünki çətin dövrlərdə problemə həddindən artıq fokuslanmaq onu olduğundan daha böyük göstərir.

Bu problem qarşısında nəyi dəyişdirə bilərəm?

Seliqman əvvəllər bədbinliyin əsas səbəbini "şəxsləndirmə"də (yəni hər səhvi tamamilə özündə axtarmaqda) görsə də, indi "fəaliyyətə keçmə qabiliyyəti"ni daha vacib hesab edir. Problemi qəbul etdikdən sonra sızlanmaq əvəzinə reallığa fokuslanmaq lazımdır.

"Bu vəziyyətlə bağlı mən nə edə bilərəm?"

Sizin nəzarətinizdə olan şeylərin siyahısını bir kağıza yazın. Unutmayın ki, ən çarəsiz anlarda belə insanın təsir edə biləcəyi ən azı bir kiçik detal "demək olar ki, həmişə" mövcuddur. Problemlərə fəlakət kimi deyil, həlli olan bir "tapmaca" kimi yanaşmaq çıxış yolunu tapmağı asanlaşdırır.Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
86
news.milli.az

1Источники