RU

Mustafa Kamara Azərbaycanın U-21 millisininə cəlb olunub

AFFA-dan Ajans.az-a verilən məlumata görə, Belçikanın "Sent-Truiden" klubunun yarımmüdafiəçisi Mustafa Kamara U-21 millinin düşərgəsinə qoşulub. 18 yaşlı sol cinah yarımmüdafiəçisi 2025/2026-cı illər mövsümündə "Sent-Truiden"in U-18 komandasının heyətində ümumilikdə 19 oyun keçirib, 2 qol vurub. U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, Mustafa Kamara 2007-2012-ci illərdə "Qəbələ"nin formasını geyinmiş Abdulkader Kamaranın oğludur. Mustafa 2008-ci il martın 3-də Azərbaycanda anadan olub.

Избранный
31
21
Ajans.az

10Источники