RU

Pentaqon özəl dron istehsalçıları ilə əməkdaşlığa hazırlaşır

ABŞ administrasiyası yerli dron istehsalını artırmaq üçün özəl dron istehsalçıları ilə bir neçə maliyyələşdirmə müqaviləsi imzalamağa hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumatı "The Wall Street Journal" mənbələrə istinadən yayıb. Bu mənbələrə görə, Pentaqon Alabamada yerləşən Performance Drone Works, Donald Trampın oğlunun payçı olduğu Unusual Machines şirkəti və Neros Technologies startapı ilə müqavilələr bağlamağı nəzərdən keçirir. Nəşrin məlumatına görə, Müdafiə Nazirliyi bu müqavilələri bağlamaqla dron istehsalını artırmağa, bazar təchizatını yüksəltməyə və xərcləri azaltmağa ümid edir.

2025-ci ilin dekabr ayında Pentaqon rəhbəri Pit Heqset ABŞ Müdafiə Nazirliyinin 2028-ci ilin əvvəlinə qədər dörd mərhələdə yüz minlərlə kamikaze dron əldə etmək üçün 1 milyard dollarlıq proqrama başladığını elan edib.

Musavat.com

Избранный
47
2
musavat.com

3Источники