RU

KXDR: Heç vaxt nüvə silahından imtina etməyəcəyik

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Pxenyan ABŞ və onun müttəfiqlərinin tələblərinə baxmayaraq heç vaxt nüvəsizləşdirmə siyasətinə getməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyi nümayəndəsi Hindistan, Avstraliya, ABŞ və Yaponiyanı birləşdirən QUAD təhlükəsizlik dialoqu ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatını şərh edərkən bildirib.

“KXDR-in nüvəsizləşdirilməsi heç bir halda və heç vaxt baş verməyəcək”, - deyə diplomat vurğulayıb. Onun sözlərinə görə, ABŞ və QUAD (Dördtərəfli Təhlükəsizlik Dialoqu) tərəfdaşlarının təzyiq cəhdləri Pxenyanın “dövlətin suveren hüquqlarını və təhlükəsizlik maraqlarını qətiyyətlə müdafiə etmək” iradəsini daha da gücləndirir.

KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsi QUAD-ı “ABŞ-ın birqütblü dünya hökmranlığı strategiyasına xidmət edən siyasi-diplomatik alət” adlandırıb. O qeyd edib ki, Vaşinqtonun rəhbərlik etdiyi “dördlük” ölkələrinin nüvəsizləşdirilməsi ilə bağlı bəyanatları əslində ABŞ-ın Asiya-Sakit okean regionunda hərbi mövcudluğunu genişləndirmək planlarını ört-basdır edən düşmən mövqeyinin tərkib hissəsidir.

KXDR XİN, həmçinin Yaponiyanın yenidən silahlanma planlarını və Avstraliyanın atom sualtı donanması yaratmaq niyyətini tənqid edərək, bunların regional sabitlik üçün real təhlükə yaratdığını bildirib.

Bu həftə Yeni Dehlidə keçirilən görüşün yekununda QUAD ölkələrinin xarici işlər nazirləri Cənubi Çin və Şərqi Çin dənizlərindəki vəziyyətlə bağlı narahatlıqlarını ifadə edib, eyni zamanda KXDR-i tam, yoxlanıla bilən və geri dönməz nüvəsizləşdirməyə çağırıblar.

Koreya diplomatik qurumunun nümayəndəsi isə bu çağırışları yenidən rədd edərək bildirib ki, QUAD-ın bu addımları “regionda sülh və sabitliyi pozur”.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
80
icma.az

1Источники