ABŞ administrasiyası yerli dron istehsalını artırmaq üçün özəl PUA tədarükçüləri ilə bir neçə maliyyələşdirmə müqaviləsi bağlaya bilər.
"Far.Az"un xəbərinə görə, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon "Performance Drone Works", Donald Tramp kiçiyin pay sahibi olduğu "Unusual Machines" şirkəti və startap "Neros Technologies"lə müqavilələr bağlamağı nəzərdən keçirir.
Qəzet qeyd edir ki, hərbi nazirlik bu müqavilələrdən dron istehsalını artırmaq, bazar təchizatını genişləndirmək və PUA xərclərini azaltmaq üçün istifadə etməyə ümid bəsləyir.