BAKI, 28 may. TELEQRAF
İyunun 2-də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.
Teleqraf Gürcüstan mətbuatına istinadən xəbər verir ki, təqdimat mərasimi Axalkalaki stansiyasında baş tutacaq.
Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir.