RU

Mourinyu Real rəhbərliyindən bu futbolçunu satmağı tələb etdi

ain.az bildirir, Fanat portalına istinadən.

"Real Madrid"in baş məşqçisi olacağı gözlənilən Joze Mourinyu artıq qarşıdakı mövsüm üçün heyəti planlaşdırır.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis bəzi oyunçularla işləməkdə maraqlı deyil. 

"El Nacional"-ın məlumatına görə, Mourinyu mərkəz müdafiəçisi Eder Militaonu satmaqda israr edir. 

PSJ-nin 28 yaşlı braziliyalıya maraq göstərdiyi bildirilir. Lakin parislilər "Los Blancos"un tələblərini yerinə yetirməyə razı deyillər. Başqa sözlə, Fransa nəhəngi zədə problemlərinə görə gözdən çıxarılan futbolçunu pulsuz əldə etmək isyəyir. 

Florentino Peres 7 iyunda keçiriləcək prezident seçkilərində qalib gələrsə, Joze Mourinyunun "Real Madrid"ə rəhbərlik etmək ehtimalı yüksəkdir.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
67
30
fanat.az

10Источники