Konfrans Liqasının qalibi müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, həlledici matçda “Kristal Pelas” (İngiltərə) “Rayo Valyekano” (İspaniya) ilə qarşılaşıb.
Almaniyanın Leyptsiq şəhərindəki “Red Bull Arena”da keçirilən görüş “Kristal Pelas”ın 1:0 hesablı qələbəsi ilə bitib. Beləliklə, İngiltərə təmsilçisi Konfrans Liqasının qalibi olub.
Xatırladaq ki, sözügedən kuboka sahib çıxan komanda növbəti mövsüm üçün Avropa Liqasının Liqa mərhələsində iştirak hüququ qazanır.