RU

SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldı

Bu gün səhər saatlarında ABŞ ordusunun İranın Bəndər-Abbas hava limanının yaxınlığına hücumundan sonra ABŞ-a məxsus hava bazası hədəf alınıb.

Aznews.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, hücumun edildiyi hərbi baza atəşə tutulub.

Qeyd edilib ki, bu cavab ABŞ-a ciddi xəbərdarlıqdır və təcavüzün cavabsız qalmayacağını göstərir.

Bildirilib ki, hücum təkrarlanarsa, İranın cavabı daha qəti olacaq.

SEPAH vurğulayıb ki, bütün məsuliyyət ABŞ-ın üzərindədir.

Избранный
27
5
aznews.az

8Источники