RU

Yeni mövsüm avrokuboklarda görün neçə İngiltərə klubu yarışacaq

“Kristal Pelas” 2025/26 mövsümündə UEFA Konfrans Liqasının qalibi olub.

Publika.az xəbər verir ki, bu uğur sayəsində İngiltərə klubu növbəti mövsüm üçün Avropa Liqasına vəsiqə qazanıb.

Beləliklə, 2026/27 mövsümündə İngiltərə Premyer Liqasını avrokuboklarda ümumilikdə 9 klub təmsil edəcək. Çempionlar Liqasında “Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, Avropa Liqasının qalibi kimi “Aston Villa” və “Liverpul” çıxış edəcək. Avropa Liqasında “Bornmut”, “Sanderlend” və Konfrans Liqasının qalibi olan “Kristal Pelas” mübarizə aparacaq. Konfrans Liqasında isə İngiltərəni “Brayton” təmsil edəcək.

Beləliklə, İngiltərə ardıcıl ikinci mövsüm avrokuboklarda 9 komanda ilə təmsil olunacaq.

Избранный
36
publika.az

1Источники