RU

Qlasner “Kristal Pelas”dan çempion kimi ayrıldı – ARENA.AZ

Avstriyalı futbol mütəxəssisi Oliver Qlasner İngiltərə Premyer Liqasında mübarizə aparan “Kristal Pelas” komandası ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, Qlasner Avropa Konfrans Liqasının ötən gecə baş tutmuş “Rayo Valyekano” (İspaniya) ilə final oyununda “qartallar”a son dəfə rəhbərlik edib.

“Kristal Pelas” 1:0 hesablı qələbəyə sevinib. Bu, “qartallar”ın ilk Avropa zəfəri kimi tarixə düşüb.

Xatırladaq ki, Qlasner “Kristal Pelas”a həmçinin İngiltərə Kubokunu və İngiltərə Super Kubokunu qazandırıb. O, klub tarixinin ən uğurlu məşqçisi olub.

Qlasnerin İngiltərə klubu ilə müqaviləsinin müddəti bu yay başa çatır. Avstriyalı mütəxəssis böyük ehtimalla daha iddialı bir komandaya rəhbərlik etmək istədiyi üçün “Kristal Pelas”la yeni müqavilə bağlamayıb.

Oliver Qlasner 2024-cü ilin fevralından “Kristal Pelas”a rəhbərlik edirdi. 51 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 121 oyuna çıxarıb, 53 qələbə, 33 heç-heçə və 35 məğlubiyyət görüb.

Avstriyalı mütəxəssis əvvəllər “Rid”, LASK, “Volfsburq” və “Ayntraxt”da da baş məşqçi kimi çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Избранный
49
9
arena.az

10Источники