RU

Bakıda hava kəskin dəyişir: 3 günün PROQNOZU

Mayın 29-u, 30-u və 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək və temperatur dəyişikliyi gözlənilir.

Musavat.com xəbər verir ki, yaxın 3 günün ən qeyri-sabit havası məhz mayın 29-da qeydə alınacaq.

Cənub-qərb küləyinin gündüz saatlarında qəfil şimal-qərb küləyi ilə əvəz olunacağı və arabir güclənəcəyi bildirilir. Hava dəyişkən buludlu olacaq, günün ikinci yarısında və xüsusilə gecəyə doğru paytaxtın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Temperatur gecə saatlarında 17–20 dərəcə, gündüz isə 21–26 dərəcə isti təşkil edəcək.

Şənbə günü, mayın 30-da paytaxtda hava şəraitinin nisbətən sabitləşəcəyi və əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur yenidən yüksələrək gecə 15–20 dərəcə, gündüz isə 26–31 dərəcə isti təşkil edəcək. Səhər saatlarında bəzi yerlərdə zəif duman müşahidə oluna bilər.

May ayının son günündə dəyişkən buludlu hava şəraiti davam edəcək. Sinoptiklərin məlumatına görə, gündüz saatlarında əsasən yağmursuz hava üstünlük təşkil etsə də, temperatur rejimində kəskin azalmalar gözlənilmir. Havanın temperaturu gündüz saatlarında 25-28 dərəcə isti həddində dəyişəcək.

Musavat.com

Избранный
44
4
musavat.com

10Источники