RU

Gürcüstan 86 əcnəbini deportasiya etdi: Siyahıda azərbaycanlılar da var - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi 86 nəfər əcnəbini ölkədən deportasiya edib.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan DİN-in "Facebook" hesabında açıqlama yer alıb.

Bildirilib ki, Miqrasiya İdarəsinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində deportasiya olunanlar arasında Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Keniya, Nigeriya, Çin, Azərbaycan, Filippin, Banqladeş, Misir, Pakistan, Sudan, İraq, Qazaxıstan, Özbəkistan və digər dövlətlərin vətəndaşları var.

Qüvvədə olan qanunvericiliyə əsasən, deportasiya edilmiş şəxslərə ölkəyə giriş qadağası tətbiq olunub. (Oxu.az)


Bizim.Media

Избранный
44
2
bizim.media

3Источники