RU

Keniyada məktəblilər yuxuda olarkən yataqxana yandı: Azı 10 şagird həlak oldu

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keniyanın mərkəzi hissəsində yerləşən Nakuru bölgəsindəki məktəb yataqxanasında baş verən genişmiqyaslı yanğın nəticəsində ən azı 10 qız şagird həlak olub.Demokrat.az Oxu.az-a istinadən  xəbər verir ki, faciəvi hadisə gecə saatlarında, binada olan bütün şagirdlərin yuxuda olduğu vaxt baş verib.Alov yaşayış otaqlarında ani şəkildə yayılaraq oyanmış şagirdlər arasında böyük çaxnaşmaya səbəb olub. Hadisə yerində hazırda intensiv xilasetmə əməliyyatları davam etdirilir, xəsarət almış bir neçə qız yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yanğının dəqiq səbəbləri hələlik müəyyən edilməyib, polis əməkdaşları hadisənin bütün hallarının araşdırılması üçün rəsmi istintaqa başlayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
demokrat.az

1Источники