Braziliya parlamenti maaşlar əvvəlki səviyyədə saxlanılmaqla iş həftəsinin 40 saata endirilməsi barədə qanun qəbul edib.
Ölkə.az AP-yə istinadən xəbər verir ki, Braziliya parlamentinin aşağı palatası iş həftəsini 40 saata endirməklə yanaşı, beş günlük iş həftəsini də qoruyub saxlayan konstitusiya düzəlişini təsdiqləyib.
Prezident Luiz İnasio Lula da Silva təşəbbüsü dəstəkləyib. Edilən dəyişiklik altıncı iş gününü ləğv edir və ən azı 37 milyon işçinin əmək haqqını təmin edir. Sənəddə həmçinin həftədə iki ardıcıl istirahət günü də müəyyən edilib.
Hazırda Braziliyada iş həftəsi 44 saatdır: beş səkkiz saatlıq növbə və altıncı gün dörd saat.
Aşağı palatada hökuməti təmsil edən millət vəkili Paulo Pimentonun sözlərinə görə, dəyişiklik həftədə altı gün işləyən az maaşlı işçilər üçün "ədaləti bərpa etmək" məqsədi daşıyır.
Qanun layihəsi şirkətlər üçün 14 aylıq keçid dövrü nəzərdə tutur, baxmayaraq ki, biznes nümayəndələri daha uzun uyğunlaşma müddətində israr edirlər. Düzəliş Senata təqdim edilib və baxılmaq üçün tarix hələ müəyyən edilməyib.
İş həftəsinin azaldılması regiondakı bir neçə ölkə tərəfindən də qəbul edilib. Meksika 2030-cu ilə qədər tədricən 40 saata endirilməsi, Çili isə 2023-cü ildə həftədə 40 saatlıq qanun qəbul edib.
Mürtəza