RU

İsveç Ukraynaya Qripen qırıcıları hədiyyə edəcək

İsveç Ukraynaya bir neçə Saab JAS 39 Qripen C/D model qırıcı təyyarə hədiyyə edir.

APA xəbər verir ki, bu qərarı İsveçin Baş naziri Ulf Kristersson bu gün Uppland Hava Bazasında açıqlayıb.

Eyni zamanda, daha yeni Qripen E modellərinin gələcəkdə satışına dair danışıqlar Ukrayna Prezidenti Volodimir Zelenskinin bu gün İsveçə baş tutacaq rəsmi səfəri zamanı aparılacaq.

İsveç hökümətinin məlumatına görə, görüş zamanı aviasiya sahəsinə dair yeni xəbərlər açıqlanacaq.

Qeyd olunur ki, bu satışın Avropa İttifaqının 90 milyard avroluq kredit paketi hesabına maliyyələşdirilməsi planlaşdırılır.

Kristersson və Zelenski ötən il İsveçin Ukraynaya 150-yə qədər yeni Saab JAS 39 Gripen E modelinin satışını nəzərdə tutan niyyət məktubu imzalamışdılar.

Bu təyyarələr Ukrayna üçün prioritet hesab edilir. Gripen təyyarələrinin avtomobil yollarından və qısa uçuş-enmə zolaqlarından istifadə edə bilməsi, Rusiyanın Ukrayna aviabazalarına endirdiyi zərbələr fonunda onları xüsusilə vacib edir.

Избранный
26
2
apa.az

3Источники