RU

Prezident Efiopiya Baş nazirinə təbrik ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Efiopiyanın milli bayramı münasibətilə bu ölkənin Baş naziri Abiy Əhməd Əliyə təbrik məktubu ünvanlayıb.

Məktubda İlham Əliyev Abiy Əhməd Əlini və Efiopiya xalqını təbrik edib, Azərbaycan ilə Efiopiya arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.

Azərbaycan Prezidenti fevral ayında Bakıda Efiopiya Baş naziri ilə keçirdiyi görüşü və aparılan müzakirələri yüksək qiymətləndirdiyini bildirib. O qeyd edib ki, səfər zamanı əldə olunan razılaşmalar ikitərəfli əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradıb.

İlham Əliyev məktubunda dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı istiqamətində birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Prezident həmçinin Abiy Əhməd Əliyə cansağlığı və uğurlar, Efiopiya xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.

Избранный
1
1
anews.az

2Источники