RU

Milli Müdafiə Nazirliyi: İstiqlal ruhu Türkiyə və Azərbaycan xalqlarının qəlbində yaşayır

Ankara, 28 may, AZƏRTAC

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Milli Müdafiə Nazirliyinin sosial media paylaşımında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin sözləri sitat gətirilib: “Bir kərə yüksələn bayraq bir daha enməz!”

Milli Müdafiə Nazirliyi qeyd edib: “1918-ci il mayın 28-də Azərbaycanın üzərində yüksələn müstəqillik ruhu Türkiyə və Azərbaycan xalqlarının qəlbində yaşamağa davam edir”.

Nazirlik daha sonra vurğulayıb: “Qardaş ölkəmizin Müstəqillik Günündə nəcib türk millətinin ayrılmaz hissəsi olan Azərbaycan xalqını qürurla salamlayırıq. Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini şəfqət və şükranla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk”.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Избранный
57
50
azertag.az

10Источники