RU

Keniyada məktəbdə yanğın olub, azı 15 şagird ölüb

Keniyada məktəbdə baş verən yanğın nəticəsində azı 15 şagird ölüb.

Bu barədə "Reuters" agentliyi yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Keniyanın Rift Valley bölgəsində, gecə saatlarında qızlar məktəbinin yataqxanasında baş verib.

Yanğın zamanı azı 15 şagird həyatını itirib, bir neçə nəfər isə xəsarət alıb.

Hadisənin səbəbi hələlik məlum deyil.

Digər tərəfdən, "Kenyans.co.ke” portalı 16 şagirdin öldüyünü, 74 nəfərin isə yaralandığını bildirib. Məlumata görə, yanğın şagirdlər yatarkən başlayıb və qısa müddətdə binaya yayılıb.
Избранный
1
1
7news.az

2Источники