RU

Mahir hansı klublarla danışıqlara başlayıb? - anası detalları "Futbol+"ə açıqladı

Almaniyanın 2-ci bundesliqasında mövsümün başa çatmasıyla Mahir Emrelinin "Kayzerslautern"dən ayrılacağı haqda xəbərlərin artması bir oldu. Görünür, "qırmızı iblislər"də də özünə yer tapa bilməyən həmvətənimiz yenə klub dəyişəcək. Sadəcə, bu dəfə məsələ fərqlidi. Ona görə ki, hücumçunun ötən ilin yayında imza atdığı müqavilənin müddəti 3 ildi. Bu səbəbdən futbolçunun başqa komandaya keçidi böyük ehtimalla icarə əsasında mümkün olacaq.

Qeyd olunanlarla bağlı ətraflı məlumat almaq üçün Mahirin anası Elnurə Emreliylə əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:

"Mahir mayın 23-dən Bakıdadı. Artıq millinin heyətində məşqlərə başlayıb. "Kayzerslautern"lə müddəti davam edən müqaviləsi var. Hazırda yığmanın qarşıdakı oyunlarına köklənib. Hələ danışıq apardığı klublar yoxdu. Əlbəttə, müntəzəm təkliflər olur. Ancaq qeyd etdiyim kimi, hazırda bütün fikri millidədi. Sonuncu suala gəlincə, cavabı ancaq "Kayzerslautern"in baş məşqçisindən soruşa bilərsiz. Biz də yalnız sizin bildiklərinizi bilirik".

KƏNAN BAHADIR
Избранный
25
1
football-plus.az

2Источники