Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Aktyor Metyu Perrinin köməkçisi onun ölümü ilə bağlı iş üzrə həbs olunub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya məhkəməsi aktyor Metyu Perrinin şəxsi köməkçisi 61 yaşlı Kennet İvamasunu 3 il, 5 ay müddətinə həbs cəzasına məhkum edib. O, həmçinin 10 min dollar məbləğində cərimə ödəməlidir.
İstintaqın məlumatına görə, Kennet İvamasu dəfələrlə aktyora ketamin adlı narkotik maddə inyeksiya edib. 2023-cü ilin oktyabrında etdiyi inyeksiyalardan biri ölümcül olub.
Amerikalı aktyor Metyu Perri 2023-cü ilin oktyabrında 54 yaşında vəfat edib. O, "Friends" serialındakı "Çandler Binq" obrazı ilə məşhurlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.