RU

Gənə dişləyən şəxs həyatını İTİRDİ

Türkiyənin Sivas vilayətində gənə dişləməsi nəticəsində Kırım-Konqo Qanamalı Qızdırması (KKKA) şübhəsi ilə müalicə alan 55 yaşlı Rıza Dəmir həyatını itirib.

Day.Az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, o, Hafik rayonunun Adamlı kəndində heyvandarlıqla məşğul olurdu.

Məlumata görə, 6 gün əvvəl ona gənə yapışıb. Vəziyyəti pisləşdikdən sonra əvvəlcə Hafik Dövlət Xəstəxanasına aparılan Dəmir daha sonra Sivas Cumhuriyet Üniversitesi Sağlık Hizmetleri Uygulama ve Araştırma Hastanesi xəstəxanasına göndərilib.

Reanimasiya şöbəsində aparılan müalicəyə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Rıza Dəmirin cənazəsinin doğulduğu Adamlı kəndində dəfn ediləcəyi bildirilib.

Избранный
50
day.az

1Источники