RU

Ermənistan paradda hansı silahları göstərdi? SİYAHI+FOTOLAR

ain.az bildirir, Modern.az portalına istinadən.

Mayın 28-də İrəvandakı mərkəzi meydanda Ermənistanın Respublika Günü münasibətilə hərbi parad keçirilib.Paradda çıxış edən baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan 2022-ci ildən sonra aldığı hərbi texnikanı nümayiş etdirir.Paşinyan əlavə edib ki, 7 ölkədə istehsal olunmuş silahlar göstərilir. Onun sözlərinə görə, 2022-ci ildən etibarən Ermənistan hökuməti hərbi-sənaye kompleksinə təxminən 170 milyard dram sərmayə yatırıb.

Bəs 28 may paradında Ermənistanın nümayiş etdidiyi silahlar hansılardı?Modern.az saytı Ermənistan mediasına istinadən bunu dəqiqləşdirməyə çalışıb. Medianın yazdığına görə, paradda əsasən Rusiya, Hindistan, Fransa, İran, Çin, eləcə də yerli istehsal olan hərbi texnika keçid edib.Meydandan ilk olaraq “Volk” robotlaşdırılmış sistemi, hava hədəflərini aşkar etmək və hava vasitələrinin istifadə etdiyi peyk qəbuledicilərini susdurmaq üçün nəzərdə tutulmuş “Tuman” radiolokasiya sistemi, Fransanın “Bastion” zirehli maşınları, Hindistanın “Tata” zirehli maşınları, “RBOA” piyada raket qurğusu, “TOS-1A” ağır odsaçan sistemləri, “Skorpion” zenit-raket kompleksi, “Tor-M2KM” zenit-raket kompleksi, 25 km məsafədə eyni anda 16 hava hədəfini məhv edə bilən “Lusan” zenit-raket kompleksi və “Şit-200” radiolokasiya sistemi keçib.

Hava hücumundan müdafiə vasitələri sırasında Ermənistanda “Skorpion” adı verilmiş İran istehsalı yaxın mənzilli “AD-08 Majid” zenit-raket kompleksləri 5 km hündürlüyə və 8 km məsafəyə qədər aşağı hündürlükdə uçan təyyarələri, helikopterləri və pilotsuz uçuş aparatlarını məhv etmək, həmçinin sənaye və hərbi obyektləri qorumaq üçün nəzərdə tutulub.Ağır texnikalar arasında piyadaların və tankların atəş dəstəyi üçün nəzərdə tutulmuş, düşmənin canlı qüvvəsini məhv etmək və yüngül zirehli texnikanı sıradan çıxarmaq qabiliyyətinə malik Rusiya istehsalı “TOS-1A Solntsepyok” termobarik sistemləri 40 min kvadratmetrə qədər ərazidə yüksək dağıdıcı gücə malikdir.Fransa istehsalı olan “Bastion” çoxməqsədli təkərli zirehli transportyor xüsusi təyinatlı bölmələr, sülhməramlı missiyalar, həmçinin patrul, kəşfiyyat və müşayiət tapşırıqları üçün hazırlanıb.

Rusiya istehsalı olan “Tor-M2KM “zenit-raket kompleksləri yüksək dəqiqlikli silahlardan — qanadlı və radiolokasiya əleyhinə raketlərdən, idarəolunan aviasiya bombalarından, hücum aviasiyasından, helikopterlərdən və pilotsuz uçuş aparatlarından mühüm obyektlərin hava hücumundan müdafiəsini təmin edir.Hindistan istehsalı orta mənzilli “Akash” zenit-raket kompleksləri 120 km məsafədə 120-yə qədər hava obyektini aşkar edə, onlardan 60-nı eyni anda müşayiət edə və 25 km məsafəyə qədər 16 hədəfi məhv edə bilir.Bundan əlavə, paradda “Kornet” tank əleyhinə raket kompleksi, “Nizak” tank əleyhinə raket kompleksi, yerli istehsal olan 82 mm-lik “Razdan” minaatanı, 120 mm-lik “Sevan” minaatanı, 122 mm-lik “Atlant” yaylım atəşli reaktiv sistemi, 122 mm-lik “D-30” haubitsaları, “Torq” haubitsaları, 155 mm-lik “Tir” raket sistemləri, “Mihr” özüyeriyən artilleriya qurğusu, 155 mm-lik “Aramazd” özüyeriyən artilleriya qurğusu, “Şant” yaylım atəşli reaktiv sistemi, “Paylatsu” radiolokasiya sistemi və Fransanın “Caesar” özüyeriyən artilleriya qurğuları nümayiş olunub.

Ermənistanda “Torq” adı verilən Hindistan istehsalı 155 mm-lik “ATAGS” yedəkli haubitsa yüksək dəqiqliyi, 48 km-ə qədər atəş məsafəsini və istənilən şəraitdə avtonom fəaliyyət imkanını özündə birləşdirir.Fransa istehsalı olan “Caesar” özüyeriyən haubitsası zirehli kabinəyə və 30 atəş idarəetmə sisteminə malikdir. Onun əsas üstünlükləri yüksək strateji və taktiki hərəkətlilik, böyük atəş məsafəsi və aşağı istismar xərcləridir.

Hindistan istehsalı 214 mm-lik “Pinaka” yaylım atəşli reaktiv sistemi canlı qüvvəni, zirehli və zirehsiz texnikanı, komanda məntəqələrini və hərbi infrastruktur obyektlərini məhv etmək, həmçinin uzaqdan mina sahələri qurmaq üçün nəzərdə tutulub.

Paradda həmçinin pilotsuz uçuş aparatları da göstərilib. Belə ki, Respublika meydanından “Molniya” zərbə dronu, yerli istehsal olan “AW-5A” kəşfiyyat PUA-sı, “Pçela-5” zərbə dronu, “SPM-1” kəşfiyyat PUA-sı, “Dev-1-1” kəşfiyyat-zərbə dronu, “Vorot-1” radiolokasiya əleyhinə sistemi, “Shtor” kəşfiyyat dronu, “BIP-10” kəşfiyyat dronu, “UL-450” kəşfiyyat dronu, “Dev-4”, “Dev-K”, “Vorot-2” zərbə dronları, eləcə də “Luk” təyyarə tipli PUA keçib.

Xarici nümunələr arasında Çin istehsalı uzun mənzilli kəşfiyyat-zərbə tipli CH-4 pilotsuz uçuş aparatı lazerlə yönləndirilən AR-1 idarəolunan raketləri və FT-5 idarəolunan bombaları ilə silahlanıb. Bu PUA-nın uçuş müddəti döyüş yükü olmadan 30 saata qədər, tam döyüş yükü ilə isə 14 saata qədər təşkil edir.Paradda “Mi-17V-5” helikopterləri və Rusiya istehsalı olan “Su-30SM” çoxməqsədli qırıcıları uçub.Sonda “Su-25” hücum təyyarələri İrəvan səmasında Ermənistan bayrağının rənglərini buraxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
1
modern.az

2Источники