RU

Gürcüstan XİN: Azərbaycanla güclü dostluq və strateji tərəfdaşlığı yüksək qiymətləndirir

BAKI, 28 may. TELEQRAF

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.

"Azərbaycanı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. Gürcüstan ölkələrimiz arasındakı güclü dostluq və strateji tərəfdaşlığı yüksək qiymətləndirir. Azərbaycan xalqına sülh, firavanlıq və davamlı uğurlar arzulayırıq",- təbrikdə bildirilib.

Избранный
36
1
teleqraf.com

3Источники