RU

Paşinyan ABŞ-la böyük layihəni ELAN ETDİ

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin ABŞ ilə birgə yeni layihəyə başladığını açıqlayıb.

Musavat.com xəbər verir ki, layihə yeraltı sərvətlərin öyrənilməsi və nadir torpaq minerallarının axtarışını əhatə edir.

Paşinyan bildirib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda strateji əhəmiyyət daşıyan resursların dəyəri xeyli artıb.

“Son onilliklərdə hasilat sənayesi ciddi şəkildə dəyişib və süni intellektin inkişafı kontekstində nadir torpaq mineralları xüsusi əhəmiyyət qazanıb”, - deyə o, brifinq zamanı vurğulayıb.

Baş nazirin sözlərinə görə, İrəvan və Vaşinqton respublikanın yeraltı sərvətlərini daha dəqiq araşdırmaq üçün müasir peyk texnologiyalarından istifadə etməyi planlaşdırır. Mayın 26-da imzalanmış memorandum çərçivəsində tərəflər Ermənistanın geodeziya xidmətlərinin imkanlarının genişləndirilməsi barədə də razılığa gəliblər.

“Artıq skan vasitəsilə daha konkret məlumatlar təqdim edən peyk texnologiyaları mövcuddur. ABŞ ilə birlikdə Ermənistanın yeni geodeziya xəritəsi üzərində işləyəcəyik”, - deyə Paşinyan bildirib.

O, etiraf edib ki, indiyədək yeraltı sərvətlərlə bağlı aparılan tədqiqatlar hər zaman lazımi səviyyədə olmayıb. Buna görə də ABŞ ilə əməkdaşlığın ölkədə geoloji kəşfiyyat işlərini yeni texnoloji mərhələyə çıxaracağı gözlənilir.

Musavat.com

Избранный
48
musavat.com

1Источники