RU

Cevdet Yılmaz Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik etdi

BAKI, 28 may. TELEQRAF

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

"Eyni tarixdən, eyni mədəniyyətdən və eyni qəlb bağından güc aldığımız qardaş Azərbaycanın 28 May Müstəqillik Gününü təbrik edirəm.

Azərbaycan ilə Türkiyə arasındakı sarsılmaz qardaşlıq bölgəmizin hüzuru, sabitliyi və ortaq gələcəyi naminə hər ötən gün daha da güclənir. Azərbaycan və Türkiyə olaraq “Bir millət, iki dövlət” anlayışı ilə yürütdüyümüz həmrəyliyimiz daimi olsun.

Bu anlamlı gün vəsiləsi ilə azərbaycanlı qardaşlarımızın mübarək Qurban Bayramını da səmimi qəlbdən təbrik edir, dost və qardaş Azərbaycan xalqına cansağlığı, hüzur və rifah arzulayıram",- Cevdet Yılmaz vurğulayıb.

Избранный
87
teleqraf.com

1Источники