RU

"Allahu Əkbər" deyib bıçaqla insanlara HÜCUM ÇƏKDİ - ŞOK GÖRÜNTÜLƏR

İsveçrənin Sürix şəhəri yaxınlığında yerləşən Vintertur şəhərindəki dəmiryolu vağzalında bıçaqlı hücum baş verib.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hüquq-mühafizə orqanları hadisəyə dərhal reaksiya verərək genişmiqyaslı əməliyyat həyata keçirib və şübhəli şəxs saxlanılıb.

Rəsmi açıqlamada hücum edən şəxsin 31 yaşlı İsveçrə vətəndaşı olduğu bildirilib.

Yerli KİV-lər, xüsusilə “Blick” nəşri hadisə zamanı vağzalda olan şahidlərin ifadələrinə və yayılan videogörüntülərə istinadən xəbər verir ki, hücum anında insanlar təşviş içində vağzalın binasını tərk etməyə çalışıblar.

Şahidlərin sözlərinə görə, silahlı şəxs hadisə zamanı “Allahu Əkbər” deyərək qışqırıb.

Hazırda İsveçrə polisi hadisə yerində araşdırmaları davam etdirir. 

Musavat.com

Избранный
28
musavat.com

1Источники