RU

Bakıdan bölgələrə iki gün ərzində 20 000-ə yaxın sərnişin daşınıb

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar mayın 26-dan gücləndirilmiş iş rejimində çalışır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında bildirilib.

İki gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 592 reys həyata keçirilib, 20 000-ə yaxın sərnişin mənzil başına çatdırılıb.

Sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 180 reys həyata keçirilib.

MənbəREPORT
Избранный
10
20
banker.az

10Источники