RU

Görünüşcə Məhəbbət Kazımova bənzəyən qardaşı vəfat etdi

Mərhum Əməkdar artist Məhəbbət Kazımovun qardaşı vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, Qənimət Kazımov xəstəlik səbəbindən dünyasını dəyişib.

Q.Kazımov xarici görünüşünə görə mərhum sənətkarı xatırladırdı. O, hətta müsahibələrinin birində qardaşı Məhəbbət Kazımovun onun yerinə hərbi xidmətə getdiyini də bildirmişdi.

Qeyd edək ki, Kazımovlar ailəsində 8 bacı və 4 qardaş olub. Məhəbbət Kazımov 2014-cü ildə, 60 yaşında vəfat edib.

"Cebheinfo.az"

Избранный
40
6
cebheinfo.az

10Источники