RU

“Bir millət, iki dövlət” anlayışı ilə qardaşlığımız daim olsun - Burhanettin Duran

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən nümayiş etdirilən güclü liderlik və sarsılmaz həmrəylik sayəsində iki ölkə arasındakı strateji əməkdaşlıq regional sülh və sabitlik baxımından mühüm nümunədir.

“İki sahil” xəbər verir ki,  bu sözlər Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duranın 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşımında yer alıb.

Əlamətdar gün münasibətilə ən səmimi hisslərlə təbriklərini çatdırdığını qeyd edən Duran paylaşımında bildirib: “Bu əlamətdar gündə can Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi minnətdarlıqla yad edir, qardaş Azərbaycan xalqını məhəbbətlə salamlayıram. “Bir millət, iki dövlət” anlayışı ilə qardaşlığımız daim olsun”.

Избранный
47
1
ikisahil.az

2Источники