RU

AK: Kallasın Kiyevdə ABŞ səfirliyinin evakuasiyası ilə bağlı açıqlaması anlaşılmazlıqdır

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avropa Komissiyası (AK) Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasın Kiyevdə ABŞ səfirliyinin evakuasiya edilməsi ilə bağlı əvvəlki açıqlamasını “anlaşılmazlıq” kimi qiymətləndirib.

Bizimyol.info xəbər verir ki, Komissiyanın sözçüsü Anita Hipper ukraynalı jurnalistlərin sualına cavab olaraq bildirib ki, bu məsələ artıq düzəldilib və hətta rəsmi sosial media paylaşımında da korrektə olunub. Onun sözlərinə görə, Avropa İttifaqına üzv ölkələrin bütün səfirlikləri Kiyevdə fəaliyyətini davam etdirir.

Kallas daha əvvəl jurnalistlərə açıqlamasında demişdi ki, Ukraynadan alınan məlumatlara əsasən Kiyevdə bütün səfirliklər qalır, yalnız bir istisna var. O, ABŞ səfirliyinin şəhəri tərk etdiyini bildirmişdi.

Lakin bu məlumatı həm ABŞ səfirliyi, həm də Ukrayna Xarici İşlər Nazirliyi təkzib edib. Bundan sonra Kallasın çıxışının rəsmi transkriptində düzəliş edilib və mübahisəli hissə çıxarılaraq yalnız “bütün səfirliklər Kiyevdə qalır” ifadəsi saxlanılıb. Dəyişiklik qeydi olaraq “diplomatik mövcudluğa dair düzəliş” əlavə olunub.

Avropa Komissiyası bir daha vurğulayıb ki, Kiyevdə diplomatik nümayəndəliklərin fəaliyyəti ilə bağlı heç bir dəyişiklik yoxdur.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
icma.az

1Источники