RU

“Elitada qalsaq belə, bunu çox pis nəticə kimi qiymətləndiririk”

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Misli premyer-liqasında mövsüm başa çatdı. “Karvan-Yevlax” 1-ci liqaya yuvarlandı, “Qəbələ” isə elitada yerini qorumaq üçün “Mingəçevir”lə bu gün pley-off matçına çıxacaq.“Qəbələ”nin əsas azarkeş qrupu “Red-Black Army” fanklubunun rəhbəri Cavid Şərifzadə qarşıdakı oyunla bağlı fikrini bölüşdü:

“Qəbələ”nin bu vəziyyətdə olması heç bir azarkeşin ürəyincə deyil. Pley-offda qələbə qazanıb liqada qalsaq belə, bunu çox pis nəticə kimi qiymətləndiririk. Oyuna həmişəki kimi hazırlaşacağıq. Xüsusi hazırlıq olmayacaq. Azarkeşlər sayının nə qədər olacağını da bilmirəm”.

Xatırladaq ki, pley-off oyunu mayın 28-də keçiriləcək.İSRAYIL XEYRULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
75
46
icma.az

10Источники