Tanınmış vəkil Loğman Abdullayev vəfat edib.
Bu barədə Metbuat.az-a Loğman Abdullayevin dostları məlumat veriblər. Onlar mərhumun xəstəlikdən vəfat etdiyini bildiriblər.
Qeyd edək ki, Loğman Abdullayev uzun illər "Səni Axtarıram" verilişinin eksperti olub. O, şəkər xəstəliyindən əziyyət çəkirdi.