RU

Paşinyan ram olmur, Ermənistan məhsulları “xarab” çıxır

Rusiya Federasiyasısının qısaca “Rosselxoznadzor” (baytarlıq və fitosanitar nəzarət üzrə federal xidmət) adlanan agentliyi 30 maydan etibarən Ermənistandan pomidor, xiyar, bibər, yaşıl tərəvəz və çiyələk idxalını məhdudlaşdıracaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, agentlik Ermənistandan gələn bəzi meyvə-tərəvəz göndərişlərinin şəffaf mülkiyyəti və müvafiq fitosanitar nəzarəti olmayan şirkətlər vasitəsilə emal olunduğunu bildirib.

Agentliyin məlumatına görə, 30 may 2026-cı il tarixindən etibarən Rosselxoznadzor, göndərilən məhsulların təhlükəsizliyini təmin etmək üçün müvafiq alqoritm hazırlanana qədər Ermənistandan gələn məhsulların idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.

Agentlik məhdudiyyətlərin təchizat pozuntularının artması ilə əlaqəli olduğunu aydınlaşdırıb: 2026-cı ilin əvvəlindən bəri 181 hal aşkar edilib. Agentlik tədbirin "fitosanitar təhlükəsizliyin təmin edilməsi" məqsədi daşıdığını vurğulayıb.

Həmçinin qeyd olunur ki, “Rosselxoznadzor” artıq 22 maydan bəri Ermənistandan gül idxalını məhdudlaşdırıb.

“Rosselxoznadzor” əvvəllər Ermənistan konyakı və şərabının, eləcə də “Cermuk” mineral suyunun idxalını qadağan etmişdi.

Ermənistanda, eləcə də Rusiya-Ermənistan münasibətləri ilə maraqlanan əksər müşahidəçilər hesab edirlər ki, bu cür “məhdudlaşdırmalar” sırf siyasətlə bağlıdır və Ermənistanın hazırkı rəhbərliyinə - Paşinyan iqtidarına təzyiq məqsədi güdür. Əvvəllər də İrəvan və Moskva arasında soyuqluq düşəndə sırasında ərik olmaqla Ermənistandan Rusiyaya göndərilən bütün növ məhsullar “xarab” çıxırdı.

Musavat.com

Избранный
52
musavat.com

1Источники