RU

Təcrübəli futbolçu Qalatasaray dan ayrıla bilər

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Başqa klubların ciddi marağına baxmayaraq ''Qalatasaray'' Okan Burukun tələbi ilə əsas oyunçuların böyük əksəriyyətini heyətdə saxlamaq istəyir. "Football-plus.az" xəbər verir ki, belə futbolçulardan biri də Mario Leminadı. Təcrübəli və universal yarımmüdafiəçinin müqavilə müddəti iyunun sonlarında başa çatır. Əslində tərəflərin yeni müqavilə ilə bağlı problem yaşayacağı güman edilmirdi. Qabonlu futbolçu dəfələrlə Türkiyədə xoşbəxt olduğunu və karyerasını burda davam etdirmək istədiyini bildirib. Amma danışıqlar prosesinin çox çətin keçdiyi məlum olub! Tərəflər hələ ki, anlaşmaqdan çox uzaqdı. İddialara görə Lemina özü də artıq fərqli bir təcrübə yaşamaq haqda düşünür. Ona İspaniya, İngiltərə, Səudiyyə Ərəbistanı və Qətərdən təkliflər var. ''Qalatasaray''ın qarşıdakı günlərdə ikinci dəfə futbolçunun meneceri ilə əlaqə quracağı gözlənilir. Yenə irəliləyiş əldə olunmasa, böyük ehtimalla yollar ayrılacaq. Bu, 32 yaşlı futbolçunun ''Qalatasaray''da ikinci dönəmidi. İndiyə qədər Türkiyə karyerasında 2 çempionluq, 1 ölkə kubokunu qazanan Lemina geridə qoyduğumuz mövsümdə 41 rəsmi oyunda iştirak edərək aktivinə 3 qol, 2 məhsuldar ötürmə yazıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
13
icma.az

10Источники