RU

Stiv Klark daha 4 il Şotlandiya millisində! – ARENA.AZ

Şotlandiya Futbol Federasiyası bu ölkənin milli komandasının baş məşqçisi Stiv Klark ilə müqavilənin müddətini uzatmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

62 yaşlı mütəxəssislə yeni sözləşmə 2030-cu ilə qədər nəzərdə tutulub. Onun əvvəlki sözləşməsinin müddəti bu il keçiriləcək futbol üzrə dünya çempionatından (DÇ-2026) bitəcəkdi. Amma federasiya rəhbərliyi həm mundial öncəsi ona dəstək olub, həm də əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu göstərib:

“Stiv Klarkın bu yaydan sonra da komandada qalacağını təsdiqləməkdən məmnunuq. O, Şotlandiya millisinin tarixində ən uğurlu baş məşqçidir” – deyə federasiyanın açıqlamasında bildirilib.

Xatırladaq ki, Stiv Klark 2019-cu ildən Şotlandiya millisinə rəhbərlik edir. Milli komanda bu məşqçinin rəhbərliyi altında indiyə qədər 76 oyuna çıxıb, 35 qələbə qazanıb, 14 heç-heçə edib, 27 məğlubiyyətə üzülüb.

Şotlandiya millisi DÇ-2026-da C qrupunda Braziliya, Mərakeş və Haiti yığmaları ilə qarşılaşacaq.

Klark daha əvvəl “Nyukasl”da köməkçi məşqçi, “Vest Bromviç”, “Ridinq” və “Kilmarnok” kimi klublarda baş məşqçi kimi də çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Избранный
24
7
arena.az

10Источники