RU

Qəzada ölənlər müəllim və şagird imiş FOTO

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ötən gün Göyçayda baş verən zəncirvari yol qəzasında ölənlərdən biri müəllim, digəri isə şagird olub.

"Unikal" xəbər verir ki, hadisə zamanı həyatını itiriən 2012-ci il təvəllüdlü Elmira Feyzullayeva Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəbin VII sinif şagirdi olub.

Qəza nəticəsində ölən 1970-ci il təvəllüdlü Hüseyn Salahov isə Pənah Məmmədov adına Laçın rayon 46 nömrəli tam orta məktəbdə müəllim işləyirdi.

Qeyd edək ki, qəzada xəsarət alan 1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1968-ci il təvəllüdlü İmran Əmrahov, 1988-cü il təvəllüdlü Arzu Feyzullayeva və 2016 təvəllüdlü Leyla Feyzullayeva Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
2
unikal.az

3Источники