RU

Norveçdən Avropaya çağırış: Ukrayna danışıqlarında iştirak edin, amma vasitəçi olmayın

Ukrayna müharibəsinin dayandırılması ilə bağlı mümkün danışıqlarda Avropanın rolu ətrafında fikir ayrılığı dərinləşir.

Musavat.com xəbər verir ki, bu barədə Politico saytında dərc olunan yazıda Norveçin xarici işlər naziri Espen Bart Eydenin diqqətçəkən mövqeyi təhlil olunub.

Yazı Cənubi Kiprdə Avropa İttifaqı xarici işlər nazirlərinin mümkün “xüsusi nümayəndə” təyinatını müzakirə etdiyi bir vaxtda qələmə alınıb.

 Espen Bart Eydeni fikrincə, Avropa Ukrayna-Rusiya danışıqlarında masada təmsil olunmalıdır, lakin vasitəçi rolunda yox! Onun sözlərinə görə, Avropanın birbaşa maraqları var və bu maraqlar qismən Ukraynanın maraqları ilə üst-üstə düşsə də, bəzi məqamlarda daha geniş xarakter daşıyır.

“Məncə, Avropanın metaforik mənada danışıqlar masasında səsinin olması doğrudur. Avropanın öz maraqları var. Bunların bir hissəsi Ukrayna ilə üst-üstə düşür, bir hissəsi isə bundan daha genişdir”, – deyə Espen Bart Eyde bildirib.

Norveçli diplomatın mövqeyi Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasın fikirləri ilə ziddiyyət təşkil edir. Kaya Kallas Rusiyayla birbaşa danışıqları “tələ” adlandıraraq, Avropanın ilk növbədə Moskvaya münasibətdə strategiyasını və öz əsas maraqlarını müəyyən etməli olduğunu söyləyib.

“Bu, Rusiyanın bizi salmaq istədiyi tələdir. Onlar artıq özlərinə uyğun adamların kim olacağını da seçməyə çalışırlar”, – deyə Kallas qeyd edib.

Kallas bununla Rusiya prezidenti Vladimir Putinin Almaniyanın keçmiş kansleri Gerhard Şröderin mümkün nümayəndə ola biləcəyi ilə bağlı fikrinə eyham vurub.

Espen Bart Eyde isə hesab edir ki, əvvəlki ABŞ vasitəçiliyi dövründə gündəmə gələn bir çox məsələ — məsələn, Rusiyaya qarşı sanksiyaların yumşaldılması və Ukraynanın Avropa Birliyinə üzvlük perspektivi — yalnız Avropanın qərar verə biləcəyi sahələrdir. Buna görə də Avropanın danışıqlarda öz maraqlarını təmsil edən fiqura ehtiyacı olduğunu vurğulayıb.

Lakin norveçli nazir xüsusi olaraq qeyd edib ki, bu rol vasitəçilik demək deyil.

“Burada qarışıqlıq var. Vasitəçilik o deməkdir ki, münaqişəyə daha neytral tərəf ortaq məxrəc axtarır. Avropalılar və mənim fikrimcə amerikalılar Ukraynanın tərəfində olan dəstəkçi qüvvə kimi çıxış etməlidir”,- deyə o bildirib.

"Politico" analitiklərini rəyinə görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının diqqətini İranla mümkün atəşkəs danışıqlarına yönəltməsi, eləcə də Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Yaxın Şərq gündəmi ilə məşğul olması fonunda Avropada bu mövzu daha da aktuallaşıb.

Məqalədə Ukrayna prezidenti həm Vladimri Zelenskinin, həm də Putinin ə danışıqlarda Avropa nümayəndəsinin iştirakına prinsipial etiraz etmədiyi göstərilib.

 Lakin burada kimin bu rolu almalı olduğu barədə baxışlar tam fərqlidir. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa  isə Putinin Gerhard Şrpder ideyasını istehza ilə qarşılayıb. O bildirib ki, bu məntiqlə Kremlə yaxınlığı ilə tanınan fransız aktyor Jerar Depardiö və ya amerikalı aktyor Stiven Siqal da eyni dərəcədə “uyğun namizəd” sayıla bilər.

Bununla yanaşı, Baltik ölkələri Rusiyanın danışıqlar ideyasına skeptik yanaşır və bunu Moskvanın növbəti siyasi manevri hesab edir.

Elə Paris və Berlin də ehtiyatlı mövqe tutur. Avropanın danışıqlarda təmsil olunması ideyasını dəstəkləsələr də, hazırkı mərhələdə xüsusi nümayəndə təyin edilməsini optimal saymırlar.

Musavat.com

Избранный
47
5
musavat.com

5Источники