RU

ABŞ-ın kommersiya neft ehtiyatları azalıb

ABŞ-ın kommersiya neft ehtiyatları həftə ərzində 3,3 milyon barel azalaraq 441,7 milyon barelə çatıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Mövcud ehtiyat səviyyəsi ilin bu dövrü üçün beş illik orta səviyyədən 2% aşağıdır.

Londonun ICE birjasında 2026-cı ilin iyul ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 0,25% artaraq bir barel üçün 94,53 dollara, iyul ayı üçün WTI xam neftin fyuçerslərinin qiyməti isə 1,38% artaraq bir barel üçün 89,9 dollara çatıb.

Elvin

Ölkə.az

Избранный
78
6
olke.az

10Источники