RU

“Səhərə salamat çıxaq, fikirləşərik” Ramiz Məmmədov

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gələn mövsüm elitada oynamaq uğrunda pley-off oyununda “Mingəçevir” “Qəbələ”yə məğlub oldu - 0:2. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların çalışdırıcısı Ramiz Məmmədov media önünə çıxıb. - Uşaqlara təşəkkür edirəm. Oyundan razı qaldım. - Qələbə üçün nə çatmadı?- Hakimlərdən narazı olmamışam. Tural Qurbanovun bu oyuna təyinat alması yersiz idi. Addımbaşı cərimə zərbəsi təyin edirdi. - Klubdakı taleyiniz necə olacaq?- Səhərə salamat çıxaq, fikirləşərik. Vaxtımız var. - Elita təcrübəsi olan futbolçular niyə ehtiyatda idi?- Komandanın daxili işidi. Hazır olanları seçdik. Özümüzə düşmən deyilik. - Oyundan əvvəl “şansımız çoxdu” demişdiz. Bu rəqibdə qıcıq yaratmadı ki?- Komandamı üstün görürdüm deyə, üstün demişəm. - Rəqibin 11 legionerlə oynaması idman prinsipinin pozulması deyil?- Əlbəttə. Onsuz da büdcə fərqi var. Əsasnaməyə əl gəzdirmək lazımdı. MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
1
icma.az

2Источники