RU

Azərbaycanda nə qədər qurban kəsildi?

Ajans.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bayramın ilk günü ərzində 20 mindən çox iri və xırdabuynuzlu heyvan satışa çıxarılıb. Onlardan 4 mindən çoxu diri halda satılıb, 10 mindən artıq heyvanın isə sanitar-gigiyenik tələblərə uyğun yerində kəsimi həyata keçirilib. Həm məntəqələrdə, həm də səyyar heyvan kəsimi çadırlarında baytarlıq-sanitariya qaydalarına uyğun şərait yaradılıb. Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün bütün zəruri tədbirlər görülüb.

Kəsimdən əvvəl və sonra ərazinin dezinfeksiya edilməsi, aidiyyəti qurumlar tərəfindən tullantıların daşınması işləri həyata keçirilməkdədir.

Избранный
18
11
Ajans.az

10Источники